Neftçala rayon sakini Axundov Şəhriyar Yaşar oğlu Ukraynada gedən müharibədə itkin düşüb.
Moderator.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat verib.
Hərbi bloqer bildirib ki, Şəhriyar Axundov həbsxanadan azad edilərək Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynaya gedib.
