Azad Vətən Partiyası ilin yekun iclasını keçirdi - FOTOLAR
1333
18:19, Bu gün

Azad Vətən Partiyası ilin yekun iclasını keçirdi - FOTOLAR

Azad Vətən Partiyası (AzVP) Siyasi Şurasının 2025-ci ildə son iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, iclas dövlət himni və Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Siyasi Şuranın sədri Novruz Novruzov iclasın gündəliyin təqdim edib, Şuranın son 3 ay ərzində fəaliyyətini qeyd edib. Əvvəlcə təşkilati məsələlərə baxılıb, 171 nəfərin partiya üzvlüyünə müraciəti ilə bağlı müsbət qərar qəbul edilib, Partiyanın Oğuz rayon şöbəsinin təsis edilməsi, həmçinin şöbə sədri Elvin Loğmanovun Siyasi Şura üzvlüyü təsdiq edilib. 
 
Sonra partiya sədri Akif Nağı ilin yekunları, hazırkı vəziyyət və qarşıda dayanan vəzifələr, əsas fəaliyyət istiqamətlərinə aid geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında Haşim İsgəndərli, Novruz Novruzov, Tağı Süleymanov, Hacı Hacağa Nuri, Hacı Əkbər Rüstəmov, Fəzli Qasımov, Tacəddin Əyyubov, Gülçöhrə Məmmədzadə, Kərəm Səfərov, Rafiq Quliyev, Şaiq Süleymanov, Afiq Axundov, Seymur İsmayılov və digərləri çıxış edib, təkliflərini veriblər. Sonda müzakirə olunan məsələlərlə bağlı uyğun qərarlar verilib. 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər