İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi - FOTO
512
17:42, Bu gün

İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi - FOTO

İran əsilli amerikalı Mora Namdar ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi təyin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
 
Bildirilib ki, iranlı mühacirlərin qızı Namdar dekabrın əvvəllərinə qədər Dövlət Departamentinin Yaxın Şərq üzrə Bürosunda yüksəkvəzifəli məmur vəzifəsində çalışıb.
 
Bundan başqa, o, ABŞ lideri Donald Trampın ilk prezidentlik müddəti ərzində konsulluq məsələləri üzrə köməkçi katib vəzifəsini də icra edib.
 
Mora Namdar eyni zamanda milli təhlükəsizlik və beynəlxalq insan haqları sahəsində ixtisaslaşmış ekspert kimi tanınır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər