“Dəyirman”ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - FORO
347
14:50, Bu gün

“Dəyirman”ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - FORO

Məşhur “Dəyirman” qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Modern.az məlumat yayıb.
 
Bildirilib ki, o, 2023-cü ildən “AzerGold” QSC-də müşavir kimi fəaliyyət göstərir.
 
Qeyd olunub ki, “Dəyirman” qrupu dağıldıqdan sonra A. Abdullayev karyerasını musiqi sahəsində davam etdirməyib. Keçmiş reper Azərbaycan Dövlət Neft və Sənayə Universitetində “Neft-qaz mühəndisi” ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.
O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Azərbaycana qayıdandan sonra isə 2011-2023-cü illərdə “SOCAR - Integrated drilling” trestində “Ümid”, “Bulla-dəniz” qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.
 
Xatırladaq ki, “Dəyirman” hip-hop qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib. Qrup üzvləri Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev olub.
 
“Dəyirman” 1999-cu ildə Azərbaycan musiqi səhnəsində “Ya Qarabağ, ya ölüm” mahnısı ilə uğur qazanıb. Sözügedən mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi sənədli filmlə remiks olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər