Bu maşınlar ucuzlaşdı - 2,3 min fərq var - FOTO
731
14:14, Bu gün

Bu maşınlar ucuzlaşdı - 2,3 min fərq var - FOTO

BYD Destroyer 05-lərin qiymətində 2-3 min manata yaxın endirim var.
 
Moderator.az milli.az-a istinadla xəbər verir ki, bəzi Çin avtomobillərinin qiymətində kəskin düşüş müşahidə olunur.
 
Bəzi sahibkarlar əsasən taksi üçün nəzərdə tutulan BYD Destroyer 05, Seal 05, Toyota Corolla ( Çin versiyası ) və Changan A05 və Q05 modellərinin qiymətlərində xeyli endirim ediblər.
 
Endirim səbəbləri kimi həm il sonu, həm də buraxılış kartı ilə bağlı olduğu deyiir. Taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.
 
Şərhlərdə bir müddət əvvəl maşını baha qiymətə almasına təəssüflənənlər olub.
 
Qeyd edək ki, sözügedən qiymət düşüşü təkcə bir şirkətə aid deyil, xeyli sahibkar avtomobilləri satmaq üçün endirim edib.
 
Ümumiyyətlə isə, gələn ildən Çin avtomobilləri bahalaşacaq. Lakin, bu bahalaşma onlara tələbatı azaldacaq. Artıq alıcılar alternativ olaraq daha dözümlü və daha etibarlı seçim kimi ənənəvi modellərə üstünlük verəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər