Xalq artistinin qəbirüstü abidəsi ucaldıldı - FOTO
196
10:09, Bu gün

Xalq artistinin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun qəbirüstü abidəsi hazırlanıb.
 
Moderator.az xəbər verir ki, abidə bu yaxınlarda Buzovna qəbiristanlığında sənətçinin məzarı üzərində ucaldılıb.
 
Qeyd edək ki, bir müddət əvvəl mərhum aktyorun qəbirüstü abidəsinin aidiyyəti qurumlar tərəfindən hazırlanıb ucaldılmaması barədə Ənvər Həsənovun ailə üzvlərinin narazılıqları yayılmışdı. İndi ucaldılan abidə isə onun ailəsinin maliyyəsi əsasında hazırlanıb.
 
Xatırladaq ki, Ənvər Həsənov bu ilin martın 16-da işemik insult səbəbi ilə vəfat edib. /APA/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər