UEFA AFFA-ya məktub yolladı - FOTO
1108
14:27, Bu gün

UEFA AFFA-ya məktub yolladı - FOTO

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.
 
Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027-ci illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
 
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər