Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən İstanbulda saxlanılıb.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, saxlanılan şəxs "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olub.
Məlumata görə, asayiş keşikçiləri şübhəli şəxsin Ümraniye rayonunda gizləndiyi yeri müəyyənləşdiriblər.
Həmin ünvanda keçirilən əməliyyat nəticəsində Gülən saxlanılıb və sonrakı araşdırmalar üçün polis bölməsinə aparılıb.