Konfrans Liqasında növbəti mərhələyə yüksələn komandalar bəlli oldu
472
09:42, Bu gün

Konfrans Liqasında növbəti mərhələyə yüksələn komandalar bəlli oldu

UEFA Konfrans Liqasının əsas mərhələsinə yekun vurulub.

Moderator.az xəbər verir ki, 6 turdan sonra 36 komandanın 8-i birbaşa 1/8 final, 16-sı isə pley-off mərhələsinə yüksəlib.

Ukraynanın köklü klublarından olan "Dinamo Kiyev" klubu son turda Ermənistanın "Noah" komandası üzərində 2:0 hesablı qələbə qazanmasına baxmayaraq, pley-offa yüksələ bilməyib.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Samsunspor” Almaniyada “Maynts”a 0:2 hesabı ilə uduzaraq ilk 8-dəki mövqeyini itirib. “Qırmızı-ağlar” 12-ci yerdə qərarlaşaraq pley-offa vəsiqə qazanıb.

Arda Turanın baş məşqçisi olduğu Ukrayna “Şaxtyor"u Xorvatiyanın "Riyeka" komandası ilə heç-heçə edib və turnir cədvəlində beşinci yeri tutub.

1/8 finala birbaşa vəsiqə qazanan digər komandalar aşağıdakılardır:

“Strasburq” (Fransa), “Rakuv” (Polşa), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Rayo Valyekano” (İspaniya), “Maynts” (Almaniya) və AEK (Kipr).

Qeyd edək ki, pley-offun püşkatması gələn il yanvarın 16-da keçiriləcək. Bu mərhələnin oyunları isə 19 və 26 fevralda baş tutacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər