“Yəqin ki, Mənzurə kimləsə sevgili olub, Brilliant Dadaşova ilə Akif İslamzadə guya sevgili...” - ETİRAZ+ÖZƏL
1167
08:49, Bu gün

“Yəqin ki, Mənzurə kimləsə sevgili olub, Brilliant Dadaşova ilə Akif İslamzadə guya sevgili...” - ETİRAZ+ÖZƏL

“Ən böyük arzum qadın olub, evimin xanımı olmaqdır. Bu arzum heç vaxt reallaşmadı. Yəqin ki, bundan sonra da reallaşmayacaq. Nə qarşıma elə bir övlad çıxmadı, nə də mənim bəxtimə xanım olmaq, ər bəxtəvəri olmaq yazılmayıb. Bundan sonra daha gecdir”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.
O daha sonra əlavə edib:
 
“Çox heyfislənirəm. İndi sənət qalmayıb. Bir neçə gənc müğənnimiz var ki, yaxşı oxuyurlar. Amma əfsuslar olsun ki, gözəl səsi olanlar arxa planda qalıb. Bu saat arxa plan moddadır, amma sənət barədə yox. İndiki gənclər sənətə gəlməzdən əvvəl pul qazanmağı düşünürlər. Sənəti ikinci planda, pulu isə birinci planda tuturlar. Amma biz sənəti fikirləşmişik, pulu yox. Sənəti olanlar birinci sənəti fikirləşir, sonra o sənətdən pul qazanırlar. Biz sənəti belə təbliğ etsək gələcək nəsilə nə qalacaq? Gələcək nəsil nə örnək götürəcək? Bəs sənət?”.
 
Samirə Yusifqızı müğənni qızı Fərəhdən də danışıb:
 
“Fərəhin sənətindən hələ ki, razı deyil. Demək olar ki, onun sənəti hələ ki, yoxdur. Amma onun canlı oxumağı, digərlərinin fanaqram oxumaqlarından min dəfə yaxşıdır. Tənqidlərimlə qızım onlardan yaxşı oxuyur”.
 
Samirə Yusifqızı bir müddət əvvəl Mənzurə Musayevanın “Azərbaycanda duet oxuyanların bir çoxu sevgilidir” sözünə belə münasibət bildirib:
“Mənzurə yəqin ki, kiminləsə sevgili olub, ona görə bu sözləri deyib. Aşıq gördüyünü çağırar. Kim necədirsə, elə də düşünür. Mən heç kimlə sevgili olmamışam, heç olmaq fikrim də yoxdur. Brilliant Dadaşova Akif İslamzadə ilə duet oxumuşdular. Guya sevgili idilər? Bu nə boş-boş, axmaq fikirlərdir. Elə şey yoxdur. Əksinə, duet ortaqları sevgili olsalar, bir iş görə bilməzlər. Bu mümkün olmaz. Qısqanclılar başlayar. İçki aləmidir, məclislərə düşürük. Biri gəlib boynunu qucaqlayır, biri gəlib üzündən öpür. Tutaq ki, duet ortağın səninlə sevgilidir. Elə şeyi hansı sevgili götürər? Mənzurədir də, danışır da. Nə deyəsən? Mən heç onu tez-tez də görmürəm ki, durum ona nəsə deyim? Bir-iki kəlmə deyərəm, deyər ki, “sənin nəyinə lazımdır? Demişəm əcəb etmişəm”. Bu onun öz fikridir. Ola bilər ki, sevgili olanı da var. Amma bu sözü hamıya şamil etməsin”, - deyə müğənni etiraz edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər