17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir - FOTO
203
15:53, Bu gün

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir - FOTO

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Dekabrın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
 
General-polkovnik K.Vəliyev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının zəruriliyini bildirib.
 
Ordu generalı L.Ergün Bakıda iki gündür davam edən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında icra olunan fəaliyyətlərin yeni imkanların formalaşmasında müsbət təsirindən danışıb, hərbi əlaqələrimizin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
 
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının cari vəziyyəti təhlil edilib, maraq doğuran məsələlər və perspektiv planlara dair geniş müzakirələr aparılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər