Salyanda AĞIR QƏZA: ölən var - FOTOLAR
867
10:19, Bu gün

Salyanda AĞIR QƏZA: ölən var - FOTOLAR

Salyan rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə səhər saatlarında Ələt - Astara avtomobil yolunun Salyan rayonu Aşağı Kürkəndi kəndi ərazisində qeydə alınıb. Qəza zamanı minik avtomobili və avtobus toqquşub. Hadisə nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan Zeyqəm İbrahimov ölüb.
 
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib, nəqliyyat vasitəsində qalan meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər