Bizi sosial şəbəkələrdən izləyin:
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva çəkdiyi "Məhsəti" filmi ilə bağlı üzr istəyib.
Moderator.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə, emosional, şəxsi bir düşüncə idi.
Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi-qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm.
Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir", - S.Qarayeva bildirib.