Bizi sosial şəbəkələrdən izləyin:
Müğənni Elnarə Xəlilova yeni layihəsi haqda maraqlı açıqlama verib.
Moderator.az xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında məlumat yayıb.
O, özünü qartalla müqayisə edib və hər zaman yeni işlər gördüyünü bildirib:
"Deyilənlərə görə, qartallar 40 il ömür sürdükdən sonra dinməz-söyləməz sakitcə bir zirvəyə çəkilir. Və orda qılıf dəyişdirməyə başlayır. Öncə 40 il ərzində artıq həddindən çox uzanmış və artıq heç bir işə yaramayan və ona yaşamağa mane olan köhnə dimdiyini daşa vurmağa başlayır. Belə ki,onun 2 yolu var: ya işəyaramaz dimdiklə acından ölmək, ya da yenisi ilə əvəzləmək. Odur ki, nə qədər ağrılı və acılı olsa da, bu onu nə qədər incitsə də o, özünün köhnə dimdiyindən nəhayət qurtulur, yenisinin çıxmağını gözləyir. Ac-susuz oturub bir zirvə başında səbirlə sadəcə yeni dimdiyinin əmələ gəlməyini gözləyir. Dimdik əmələ gələndən sonra isə yeni dimdiklə özünün uzanmış və bərkimiş, artıq lazımsız və heç bir işə yaramayan, ona yaşamağa mane olan lələklərini qırıb, dartıb atmağa başlayır. Bundan sonra əvəzinə yeni lələklər gəlir. Qartal nəhayət qanadlarını açır və artıq yeni qılıfında yenidən havaya qalxır, zirvələrdə pərvaz edir, bundan sonra da bir 40 il yaşayır və yaradır. Lap elə indiki kimi.
Sizi sevirəm. Bunu heç bir zaman unutmayın. Qarşıdan əziz bayramlar gəlir və bütün dünya Azərbaycanlılarını bir amal, əqidə və yumruq ətrafında birləşdirə biləcək bir layihə gəlir".