Gecə klublarında ƏMƏLİYYAT: fahişəliyə məcbur edilən 64 qadın xilas olundu - FOTO
350
13:19, Bu gün

Gecə klublarında ƏMƏLİYYAT: fahişəliyə məcbur edilən 64 qadın xilas olundu - FOTO

Türkiyədə gecə klublarında rekord əməliyyat keçirilib.
 
Moderator.az yerli mediaya istinadla bildirir ki, əməliyyat prokurorluğun göstərişi ilə polis tərəfindən paytaxt Ankara şəhərində baş tutub.
 
11 gecə klubunda keçirilən əməliyyat nəticəsində obyektlərin rəhbərləri və qadınları fahişəliyə cəlb edən ümumilikdə 60 nəfər saxlanılıb. Fahişəliyə cəlb olunan 64 qadın isə xilas olunub.
 
Məlumata görə, əməliyyata qədər hüquq-mühafizə orqanlarının əməkdaşları 4 ay gecə klublarına müştəri qismində gələrək, müşahidə aparıblar. Müşahidələrə əsasən məlum olub ki, müştərilər həmin klublara gələrək, barda işləyən qadınları otelə cinsi istismar üçün aparırmışlar.
 
Hazırda araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər