Laçına, Ağdama və Xocavəndə növbəti köç karvanı yola salındı - FOTOLAR
208
08:09, Bu gün

Laçına, Ağdama və Xocavəndə növbəti köç karvanı yola salındı - FOTOLAR

Bu gün Laçın şəhərinə, Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.
 
Moderator.az xəbər verir ki, köç zamanı 230 nəfərdən ibarət 57 ailə doğma yurdlarına yola düşüb.
 
Onlardan Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 91 nəfər, Ağdamın Xıdırlı kəndi isə 16 ailə - 45 nəfər köçürülüb.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 
Link kopyalandı!
Son xəbərlər