Bizi sosial şəbəkələrdən izləyin:
Goranboyda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai Elantra" qarşısına çıxan uzunqulağı vurub. Qəzadan sonra uzunqulaq yenidən yolun hərəkət hissəsinə çıxan zaman "Mercedes " markalı minik maşını vurub.
Uzunqulaq hadisə yerində tələf olub. Bundan sonra qəzaya görə "KİA " markalı avtomobil dayanıb. Digər hərəkətdə olan "Hyundai Santefe " markalı minik maşını "KİA"ya arxadan çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.