Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin sülh planı ilə bağlı danışıqlar aparmaq üçün Almaniyanın paytaxtı Berlinə gedib. Səfər fonunda paytaxtın mərkəzində genişmiqyaslı təhlükəsizlik tədbirləri tətbiq edilib.
Moderator.az "Bild"ə istinadən xəbər verir ki, paytaxtda fövqəladə vəziyyət rejimi tətbiq olunur.
"Zelenski üçün "0" - ən yüksək təhlükəsizlik səviyyəsi! Buna görə Berlin təhlükəsizlik tədbirlərini gücləndirir, polis təhlükəsizlik səviyyəsini ən yüksək səviyyəyə qaldırır", - nəşr yazır.
Yol hərəkəti Məlumat Mərkəzi VIZ danışıqların aparılacağı yaşayış məntəqəsində küçələrin gün ərzində bağlanması barədə xəbərdarlıq edib. "Hökumət məhəlləsində yolların bağlanması gözlənilir. Giriş yolları maneələr və polis əməkdaşları tərəfindən bağlanacaq. Sürücülər ərazidən uzaq olmalı və alternativ yolları seçməlidirlər", - xəbərdarlıqda bildirilir.
Ukrayna liderinin özü isə teleqram kanalında bildirib ki, nümayəndə heyəti ilə birlikdə qarşıdakı danışıqlara hazırlaşır: "Amerika tərəfi ilə görüşə hazırlaşırıq. Hər bir maddədə bir çox vacib detallar üzərində diqqətlə işləyirik. Əsas odur ki, tərəfdaşlarla razılaşdırılmış bütün addımlar həqiqətən təhlükəsizlik zəmanətlərini və sülhün bərqərar olmasını təmin edə bilər. Ümid edirik ki, tərəfdaşlar da konstruktiv işləməyə davam edəcəklər".