Səudiyyə Ərəbistanında BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumu işə başlayıb - FOTO
579
14 Dec 2025 | 16:27

Səudiyyə Ərəbistanında BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumu işə başlayıb - FOTO

Dekabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu işə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
 
"UNAOC: bəşəriyyət üçün dialoqun 20 ili - çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru" şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri bir araya gəliblər.
 
Forumda mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir.
 
İki gün davam edəcək forum çərçivəsində təşkil olunacaq sessiyalarda "Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi", "Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi", "Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə", "İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi" və digər mövzular müzakirə ediləcək.
 
Eyni zamanda, forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksəksəviyyəli Görüşü və UNAOC Gənclər Forumu təşkil olunacaq.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər