Şahzadə Diananın toyu üçün özəl hazırlanmış sampan şüşəsinə alıcı tapılmadı - FOTO
1337
08:30, Bu gün

Şahzadə Diananın toyu üçün özəl hazırlanmış sampan şüşəsinə alıcı tapılmadı - FOTO

Danimarkadakı "Bruun Rasmussen" hərrac evi şahzadə Çarlz (hazırda Britaniya Kralı III Çarlz - red.) və Diananın toyu üçün hazırlanmış "Dom Perignon" şampan şüşəsini sata bilməyib.
 
Moderator.az "Associated Press"ə istinadən xəbər verir ki, nadir içkinin başlanğıc qiymət 600 000 Danimarka kronu (təxminən 80 000 avro) olaraq müəyyən edilib. Hərrac zamanı bütün təkliflər bu minimum qiymətdən aşağı olub.
 
Xatırladaq ki, toy mərasimi 29 iyul 1981-ci ildə Londondakı Müqəddəs Pol kilsəsində baş tutub. Bu hadisəni qeyd etmək üçün məhdud sayda - cəmi 12 şüşə özəl şampan buraxılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər