Zaur Əliyev direktor müavinini işdən çıxardı - Yeni TƏYİNAT
409
12:06, Bu gün

Zaur Əliyev direktor müavinini işdən çıxardı - Yeni TƏYİNAT

Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini Mehman Qasımov vəzifəsindən azad edilib.
 
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin müvafiq əmri ilə Mərkəzin maliyyə məsələləri üzrə direktor müavini Mehman Qasımov son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
 
Zaur Əliyevin digər əmri ilə Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin maliyyə məsələləri üzrə direktor müavini vəzifəsinə Fərman Məmmədov təyin olunub.
Link kopyalandı!
Son xəbərlər