“Rayondakı toyu yarımçıq qoyub tamaşaya gədim, yerdən qolbağımı götürüb dedi ki..” - Heydər Əliyevi belə xatırladı - FOTO+ÖZƏL
341
10:06, Bu gün

“Rayondakı toyu yarımçıq qoyub tamaşaya gədim, yerdən qolbağımı götürüb dedi ki..” - Heydər Əliyevi belə xatırladı - FOTO+ÖZƏL

“Heydər Əliyev bizimlə hər zaman ata kimi maraqlanıb, qayğımızı çəkib. O çox nadir şəxsiyyət idi. Məhz onun qərarına əsasən bölgələrdən istedadlı uşaqları seçib, Bakıda musiqi təhsili almağa gətirirdilər. Görün bu seçimlərdən bugünki gündə səhnəmizdə nə qədər sənətkar var? Bütün bunları Heydər Əliyev etmişdi. Onun mənimlə və Gülyanaq xanımla rəftarı xüsusi idi. Hər dəfə əlimizdən tutub hər-hansısa mahnıları səsləndirməyimizi istəyirdi. Mənimlə Gülyanağın “Heyratı” muğamını televiziyadan eşitmişdi və əmr vermişdi ki, muğam oxuyan bacıları da dövlət tədbirlərinə dəvət edin. Onun bu sözündən sonra biz bütün dövlət tədbirlərində yer aldıq. Hər zaman səhnə arxasına keçib bizimlə görüşərdi, təbrik edərdi, xoş sözlərini söyləyərdi. Bir dəfə də yerə düşən qolbağımı əyilib götürərək mənə vermişdi. O qadına bu cür hörmət edirdi. Həqiqətən də Heydər Əliyev mədəniyyətə misilsiz xidmət göstərirdi”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova deyib.
O daha sonra Ulu Öndərlə bağlı xatirələrini bölüşüb:
 
“ “Arşın mal alan” tamaşasına böyük hazırlıqlar gedirdi. Demişdilər ki, tamaşaya Heydər Əliyev də gələcək. Biz də buna əmin idik. Bizə xəbər gəldi ki, Heydər Əliyev tamaşaya gələ bilmir. Sən demə başqa bir ölkədən prezident gəlib, onu qarşılamağa gediblər. Biz tamaşanı həmin əhval-ruhiyyətə təqdim etdik. Elə oldu ki, rayona el şənliyinə dəvət aldım. Yola çıxdım. Gedib çatandan sonra mənə dedilər ki, təcili Bakıya qayıtmalısan, Heydər Əliyev sabah tamaşaya gələcək. Hamı bir nəfər kimi orada olmalı idi. Mən də tamaşada Telli obrazında oynayırdım. Məni əvəz edəcək başqa bir Telli də yox idi. El şənliyini yarım qoyub Bakıya qayıtdım. Tamaşamız çox gözəl keçdi. Səhnənin arxasına gəlib o qədər gözəl sözlər söylədi ki.. Çox gülmüşdü.. Hətta məni tanımamışdı.. Deyirdi ki, “Telli hanı, hardadır o?”. Mənim də üzümdəki kələğayını açmağımı istədilər ki, baxıb səni tanısın. Dedi ki, “bacılardan biridir də”. O bizə “bacılar” deyə müraciət edərdi. Bəzən soruşurdu ki, Gülyanaq hansınızsız, Gülyaz hansınız?”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər