Buxarestdə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə konsert keçirilib - FOTOLAR
134
11 Dec 2025 | 23:51

Buxarestdə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə konsert keçirilib - FOTOLAR

Buxarestdəki məşhur Enesku adına konsert zalında Enesku Filarmonik Orkestrinin dirijor Fuad İbrahimovun rəhbərliyi ilə konserti keçirilib.

Moderator.az xəbər verir ki, konsertdə Klod Debüssinin “L’après-midi d’un enfant” əsəri, Sofiya Qubaydulinanın əfsanəvi skripkaçı Gidon Kremerə həsr olunmuş birinci skripka konserti səslənib. Kremer axşamın solisti qismində çıxış edib.

Sabah da davam edəcək proqramda həmçinin Qara Qarayevin “Don Kixot” simfonik qravürləri və İqor Stravinskinin “Alovquşu” (1919) süitası səslənəcək.

Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov “Qızıl Çinar” mükafatının laureatı, Prezident təqaüdçüsü, Parisdə keçirilən Yevgeni Svetlanov adına dirijorların beynəlxalq müsabiqəsinin qalibidir. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, həmçinin Yeni Münhen Filarmoniya Orkestrinin və Bakı Dövlət Kamera Orkestrinin baş dirijorudur.

Link kopyalandı!
Son xəbərlər