Bizi sosial şəbəkələrdən izləyin:
Xocalı rayonuna yola salınan növbəti köç karvanları Xocalı rayonunun Ballıca, Şuşakənd və Badara kəndlərinə çatıb, onlara mənzillərinin açarları təqdim edilib.
Moderator.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şuşakəndə 14 (51 nəfər), Ballıcaya 9 (38 nəfər) və Badaraya 6 ailə (18 nəfər) köçürülüb.
Bu köçlə Şuşakəndə 93 (341 nəfər), Ballıcaya 237 (1054 nəfər), Badaraya isə 43 ailənin (154 nəfər) daimi qayıdışı təmin edilib.