İrandan Azərbaycana 53 kiloqram narkotiki keçirmək istəyən şəxs TUTULDU - FOTO
169
12:54, Bu gün

İrandan Azərbaycana 53 kiloqram narkotiki keçirmək istəyən şəxs TUTULDU - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli "Metadon M-40" həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
 
Bildirilib ki, keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Amil Vidadi oğlu Sadıqov şübhəli şəxs qismində saxlanılıb, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli "Metadon M-40" həbi aşkar olunaraq götürülüb.
 
İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib.
 
Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli "Metadon M-40" həbi aşkar edilib.
 
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər