Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin Balıkesir bölgəsində zəlzələ olub.
Moderator.az AFAD-a istinadən xəbər verir ki, Sındırgı rayonunda baş verən yeraltı təkanlar 4.9 bal gücündə qeydə alınıb.
Təbiət hadisəsi bu gün Bakı vaxtı ilə saat 11:06-da baş verib.
Zəlzələnin dərinliyi 6.97 kilometrdə yerləşib. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.
İtki və dağıntı barədə məlumat verilməyib.