Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
179
11:40, Bu gün

Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO

Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Suriya Ərəb Respublikasının informasiya naziri Həmzə Əl-Mustafa arasında ikitərəfli görüş keçirilib.
 
Bu barədə Moderator.az-a MEDİA-dan məlumat verilib.
 
Görüş zamanı Azərbaycan ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər