Bizi sosial şəbəkələrdən izləyin:
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan VAZ-2107 markalı minik maşını idarəetmədən çıxıb.
Nəticədə VAZ-2107 yol kənarında dayanan iki "Mercedes-Benz"ə, VAZ-21011 və "Chevrolet"ə çırpılıb.
Qəza zamanı VAZ-2107-nin sürücüsü xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.