Tovuzda ölən qadının kimliyi bilindi - Gəlininin əvəzinə işə çıxıbmış - YENİLƏNİB + FOTO 
242
10:36, Bu gün

Tovuzda ölən qadının kimliyi bilindi - Gəlininin əvəzinə işə çıxıbmış - YENİLƏNİB + FOTO 

Tovuz rayonunda ölən piyadanın kimliyi bilinib.
 
Moderator.az xəbər verir ki, həlak olan qadın 1951-ci il təvəllüdlü Ədalət Bayramovadır.
 
İlkin məlumata görə, o, səhətində problem olan gəlninin əvəzinə gizli işə çıxıb. Nəticədə yolu süpürən zaman avtomobil onu vurub. Ölən qadının gəlini Tovuz rayon Mənzil Kommunal İstehsalat Birliyində süpürgəçi kimi çalışırmış.
 
10:04
 
Tovuzda qadını avtomobil vuraraq öldürüb. 
 
Moderator.az xəbər verir ki, hadisə rayonun H. Əliyev prospektində baş verib.
 
Sabah saatlarında yolu qarşı tərəfə keçmək istəyən qadını mağazalara çörək paylayan avtomobil vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində vəfat edib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. 
 
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər