361
13:53, Bu gün

"Avropa Trampın təzyiqləri fonunda yeni təhlükəsizlik modeli yaradır" - "Politico"

 
"ABŞ-ın geri çəkildiyi bir dövrdə Avropa ilk dəfə öz təhlükəsizliyini təkbaşına qurmaq məcburiyyəti ilə üz-üzədir..."
 
Donald Trampın Avropa İttifaqına qarşı sərtləşən mövqeyi qitəni yeni reallığa gətirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Avropada artan narahatlıq
 
ABŞ Avropa üçün daha etibarlı dayaq deyil, ona görə də Avropa İttifaqı Amerikasız müdafiəyə hazırlaşarkən sürətlə özünün təhlüləsizlik sistemini möhkəmləndirir. 
 
ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında "varlı ölkələrin öz regionlarına cavabdeh olması" vurğulanır və Avropada miqrasiya ilə bağlı "sivilizasiyalı aşınma riski" iddia olunur. Bu isə qitədə narahatlığı daha da artırıb.
 
Avropanın yeni müdafiə memarlığı
 
Avropa İttifaqı artıq ehtiyat planı üzərində işləyir: NATO-nun zəifləməsi halında hansı mexanizmlərin işə düşəcəyi müəyyənləşdirilir. İttifaqın 42.7-ci maddəsi qarşılıqlı müdafiəni nəzərdə tutur və gələn il onun praktiki icra mexanizmləri tamamlanmalıdır.
 
Berlin və Paris arasında nüvə çəkindiriciliyi ilə bağlı dialoq genişlənir. Eyni zamanda Avropa müdafiəni artırmaq istəsə də, hələ də strateji daşımalar, kəşfiyyat və uzaqmənzilli imkanlarda ABŞ-dan asılı qalır. ABŞ səfiri də bildirir ki, "5-ci maddə qalır, amma Avropa daha çox öhdəlik götürməlidir".
 
Trampın ritorikası və Borrelldən sərt xəbərdarlıq
 
Trampın Avropaya qarşı kəskin açıqlamaları son aylarda daha da sərtləşib  - o, qitəni "çürüyən" adlandırıb. Avropa İttifaqının sabiq  ali diplomatı Jozep Borrell isə bu ritorikanı "Avropa İttifaqına siyasi müharibə" kimi qiymətləndirib və xəbərdarlıq edib ki, Avropa daha çox təhlükəsizlik və siyasi suverenlik tələb etməlidir.
Borrellin sözlərinə görə, ABŞ-dan gələn siqnallar aydındır: Avropa öz müdafiəsini öz üzərinə götürməyə hazır olmalıdır. Tramp administrasiyasının sərt siyasəti Avropanı yeni dövrə keçirir. ABŞ-ın zəifləyən rolu fonunda Avropa İttifaqı səssiz, amma sürətli şəkildə öz müstəqil təhlükəsizlik memarlığını qurmağa başlayıb.
Link kopyalandı!
Son xəbərlər