Şəhid atası vəfat etdi - FOTO
206
10:22, Bu gün

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib.
 
Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhidin atası Səməd Nəsibov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Mərhum Qazaxda dəfn edilib.
 
Qeyd edək ki, 1996-cı il təvəllüdlü N. Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
 
O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Link kopyalandı!
Son xəbərlər