“Sahilsiz gecə” filmini çəkəndə çox ağrıyırdı, kürəkənim İsveçrədə səfirdir” - Şahmar Ələkbərovun xanımı İLK DƏFƏ danışdı - ÖZƏL
544
10:10, Bu gün

“Sahilsiz gecə” filmini çəkəndə çox ağrıyırdı, kürəkənim İsveçrədə səfirdir” - Şahmar Ələkbərovun xanımı İLK DƏFƏ danışdı - ÖZƏL

“Şahmar Ələkbərov çox sakit, mehriban insan idi. Övladlarıma yaxşı ata, mənə vəfalı ömür-gün yoldaşı olub. Çoxu deyir ki, xasiyyəti ağır olub. Xeyr, səmimi idi, hamı onu çox istəyirdi. Ola bilsin ki, obrazlarından belə qənaətə gəliblər ki, zəhmlidir. Çox qəşəng səsi var idi, yaxşı şeirlər deyirdi. Ailəsi olaraq onun hər dəfə yubileylərini qeyd edirik. 80 illik yubileyini böyük təntənə ilə Nizami kinoteatrında keçirdik. Hər kəs gəlmişdi.. Onu sevənlər, xalq artistləri və adi tamaşaçılar. Zal ağzına kimi dolu idi.. 75 illiyini də Nizami muzeyində qeyd etmişdik. 85 illik yubileyini də inşallah qeyd edəcəyik”.
 
Bunu Moderator.az-a özəl açıqlamasında görkəmli aktyor, rejissor, xalq artisti Şahmar Ələkbərovun ömür-gün yoldaşı Kamilla Ələkbərova deyib.
O daha sonra əlavə edib:
 
“Ümumiyyətlə mətbuata müsahibə vermirəm. Ondan çox yazıblar, çox çəkib göstəriblər. Bəzən zəng edib məndən müsahibə almaq istəyirlər. Əlbəttə ki, imtina edirəm. Sadəcə onlardan soruşuram ki, “Sahilsiz gecə” filminə baxmısız? Deyirlər ki, yox. Onlara sual verirəm ki, bu filmə baxmamısınızsa, Şahmardan nə yazacaqsınız? Bu filmi çəkəndə çox ağrıyırdı, əziyyət çəkirdi. “Sahilsiz gecə”-dən sonra “Qəzəlxan” filmini lentə aldı. Əlbəttə ki, arzuları çox idi. 49 illik ömrünə bu qədər film və rol sığışdıra bilmişdi”, - deyə sənətkarın xanımı bildirib.
O, Hollivudda məşhur aktyorlarla rol alan sənətçi nəvəsi Eldar İskəndərovdan da danışıb:
“Hələ ki, film başlamayıb. Onlar Eldarın rolunu və filmin sujet xəttini gizlin saxlayırlar. Bilmirəm bizim media hardan məlumat tapdı? Film başlasın, bu haqda sonra ətraflı danışarıq. Eldar Savannada oxuyub, sonra da Nyu-Yorka gəlib. İki filmdə çəkilib. Bu çəkiləcəyi sayca 3-cü film olacaq. Nəsildə təkcə babasının yolunu Eldar davam etdirir. Əslində biz əvvəllər mane olmaq istəyirdik, sonra o dedi ki, mən yalnız bu sənəti seçəcəm. Ona görə biz razılıq verdik. Atası-anası qətiyyən razı deyildi. Elar dizaynerliyi bitirib, ata-anası istəyirdi ki, qayıdıb doğma vətəninə gəlsin. Eldarın anası və atası İsveçrədə yaşayır. Qızımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın İsveçrədəki səfiridir. Əvvəl Belçikada, Hollandiyada yaşayırdılar”, - deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər