374
14:23, Bu gün

"Zelenskinin ərazilərlə bağlı bəyanatı Tramp planının iflası deməkdir" - "The Washington Post"

 
"ABŞ Ukraynadan Donbasdan tam imtina etməyi tələb edir..."
 
Zelenski Brüsselə gedərkən jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna öz torpaqlarından imtina etməyəcək. O vurğulayıb ki, bu, ölkənin qanunlarına, beynəlxalq hüquqa və "mənəvi haqqa" ziddir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Qərbi Avropanın liderləri də onunla eyni mövqedən çıxış edir: Putinə güc yolu ilə sərhədləri dəyişmək imkanı verilməməlidir.
 
Nəşr yazır ki, Zelenskinin torpaq məsələsində sərt mövqeyi Trampın yeni sülh planını faktiki dalana dirəyə bilər. Kiyev bu plandan "aşkar anti-ukrayna bəndlərinin" çıxarıldığını desə də, əsas mübahisə - ərazi məsələsində heç bir yumşalma göstərmir.
 
Donbasdan tam imtina etmək  tələbi
 
ABŞ rəsmiləri Zelenskidən telefonla belə "birmənalı razılıq" almağa çalışıb. Məsələ iki başlıq altında cəmlənib: Rusiya bütün Donbassın Ukraynadan imtinasını tələb edir, Ukrayna isə ABŞ-dan real təhlükəsizlik zəmanətləri istəyir.
Ukrayna rəsmiləri bildirir ki, Trampın müşavirlərinin Putinlə 5 saatlıq Kreml görüşündən sonra ABŞ təklifinin şərtləri daha da sərtləşib: torpaqla bağlı daha kəskin tələblər, eləcə də Zaporojye AES üzərində nəzarət məsələsi paketin içərisinə salınıb.
 
Bəzi ukraynalı rəsmilərin sözlərinə görə, ABŞ-ın tələbləri o qədər radikal idi ki, Kiyevdə belə bir təəssürat yaranıb: Vaşinqton Zelenskini Avropa liderlərindən uzaqlaşdırmağa çalışır ki, daha effektiv təzyiq göstərə bilsin. Avropa isə əksinə - ehtiyatlılıq və vaxt istəyir.
 
"Biz heç nə xərcləmirik, qazanırıq"
"Politico" nəşri yazır ki, sülh danışıqları tam dalana dirənib: Tramp administrasiyası inadla tələb edir ki, Ukrayna "necə olursa-olsun",  bütün Donbasdan imtina etsin. Ukrayna isə müharibənib ən azı hazırkı cəbhə xəttində dondurulmalı olduğuna və təhlükəsizlik zəmanətləri olmadan heç bir anlaşmanın mümkün olmadığına israr edir.
 
Bu fonda Trampın başqa bir açıqlaması müzakirələri daha da qızışdırıb. O, iddia edir ki, ABŞ Ukraynaya pul xərcləmir, əksinə, NATO ölkələrinə silah sataraq qazanır və həmin silahlar sonra Ukraynaya ötürülür. "Mən onlara heç nə vermirəm" deyən Tramp yenə də Zelenskini planla tanış olmamaqda günahlandırıb.
 
Qərb mediasının yazdığına görə, Zelenskinin ərazi mövzusunda "qırmızı xətti" dəyişmir, Avropa bu mövqeni dəstəkləyir, ABŞ isə Kiyevdən sürətli və ağır kompromislər tələb edir. Ən əsas maneə Donbas məsələsidir və hələlik bu mövzuda heç bir irəliləyiş yoxdur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər