Zərdabda xanəndənin törətdiyi ölümlə nəticələnən qəzada xəsarət alanların ADLARI - YENİLƏNİB
759
14:44, Bu gün

Zərdabda xanəndənin törətdiyi ölümlə nəticələnən qəzada xəsarət alanların ADLARI - YENİLƏNİB

Zərdabda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alanların diaqnozları məlum olub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, rayonun mərkəzi xəstəxanasının məlumatına görə, hazırda beş nəfər müalicə alır.
 
Bildirilib ki, İntiqam Qnyaz oğlu Məmmədov (1966-cı il) hadisə yerində ölüb, Tunar Məftun oğlu Məmmədli (2023-cü il) ağır kəllə-beyin travması alıb və beyindaxili qanaxmadan ölüb.
 
Xəsarət alanlardan Sona Tehmir qızı Məmmədovada (1995-ci il) sol körpücük sümüyünün sınığı, sol tərəfli qabırğaların çoxsaylı sınığı, Raya Sərkər qızı Məmmədovada (1969-cu il) sol tərəfli birinci əl sümüyünün sınığı, Məftun İntiqam oğlu Məmmədovda (1991-ci il) döş qəfəsinin travması, qabırğaların sınığı, Uğur Məftun oğlu Məmmədovda (2017-ci il) səthi zədələnmə dəri sıyrığı, İntiqam Məftun oğlu Məmmədlidə (2016-cı il) səthi zədələnmə, dəri sıyrığı qeydə alınıb.
 
13:28
 
Zərdab rayonunda baş verən avtomobil qəzasında xəsarət alan azyaşlı Tunar Məmmədov da ölüb.
 
Moderator.az xəbər verir ki, bununla da qəza nəticəsində ölənlərin sayı ikiyə çatıb.
 
***
 
Zərdab rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.
 
Moderator.az xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Məlumata görə, "Toyota Prius" markalı minik maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin İntiqam Qnyaz oğlu Məmmədov ölüb, altı nəfər xəsarət alıb.
 
Xəsarət alanlar bir ailənin üzvləridir. Yaralılardan biri azyaşlıdır, onun vəziyyətinin ağır olduğu bildirilib. Qeyd olunub ki, qəza törədən avtomobilin sürücüsü Məftun Məmmədov "Muğam müsabiqəsi"nin iştirakçısı olub və yarışda üçüncü yeri tutub.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər