Bizi sosial şəbəkələrdən izləyin:
Samux rayonunda daha bir nəfər dəm qazından boğularaq ölüb.
Moderator.az xəbər verir ki, Çobanabdallı kənd sakini 2009-cu il təvəllüdlü Vüsal Hacıyev yaşadığı evin vanna otağında çimən zaman dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, bu günlərdə daha iki nəfər Samux rayonunda dəm qazından vəfat etmişdi.