Bizi sosial şəbəkələrdən izləyin:
Papua Yeni Qvineyadan olan siam əkizlərinin üzərində Avstraliyada mürəkkəb bir ayırma əməliyyatı keçirilib. Lakin oğlanlardan yalnız biri sağ qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Tom və Savonq adlı əkizlər 9 oktyabrda Morobe əyalətində doğulublar. Onların bədənləri qarın nahiyəsinin aşağı hissəsində birləşmiş, körpələrin ortaq qaraciyəri və mədə-bağırsaq traktı olub.
Tom həmçinin anadangəlmə ürək qüsuru ilə doğulub və yalnız bir böyrəyə malik olub.
Papua Yeni Qvineyanın Baş naziri Ceyms Marape hökumətin bütün tibbi xərcləri qarşılayacağını bildirib və əkizləri əməliyyat üçün Avstraliyaya göndərib.
Əməliyyatdan sonra Tomu xilas etmək mümkün olmayıb. Savonq isə hazırda həkimlərin nəzarəti altında reanimasiyadadır. /oxu.az/