180
08:20, Bu gün

"Time" jurnalı 2025-ci ilin sənətçisini seçdi - FOTO

Nüfuzlu "Time" jurnalı aktyor Leonardo Di Kaprionu "İlin sənətçisi" elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.
 
Jurnalistlər qeyd ediblər ki, Di Kaprio çoxlarının həsəd aparacağı bir karyera qurub. Xüsusilə, məqalənin müəllifləri aktyorun inanılmaz performansını qeyd ediblər.
 
"Dünya onun üzünə baxmaqdan heç vaxt yorulmur", - deyə jurnalda vurğulanıb.
 
Xatırladaq ki, 2025-ci ildə Di Kaprio Pol Tomas Andersonun "Döyüşdən döyüşə" filmində rol alıb. Bu film tənqidçilər və tamaşaçılar tərəfindən dünya miqyasında olduqca yüksək qiymətləndirilib.
 
Film ən nüfuzlu kino mükafatlarına real namizədlərdən sayılır.
Link kopyalandı!
Son xəbərlər