Naxçıvanda iki nəfərin ölümündə təqsirli bilinən şəxsə hökm oxundu - FOTO
484
12:04, Bu gün

Naxçıvanda iki nəfərin ölümündə təqsirli bilinən şəxsə hökm oxundu - FOTO

Naxçıvan Muxtar Respublikasında 2 nəfərin ölümü ilə nəticələnən yol-qəzasının törədilməsində təqsirli bilinən 1981-ci il təvəllüdlü Yaməddin İsayevin cinayət işinə baxılıb.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
 
Hökmə əsasən təqsirləndirilən şəxs 5 il müddətinə cəza alıb. Onun cəzasını cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Qeyd edək ki, hadisə bu ilin iyunun 29-da Naxçıvan-Sədərək avtomobil yolunun Sədərək rayonunda baş verib.
 
Hadisə zamanı “NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub.
 
Qıvraq qəsəbə sakini 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu qəza zamanı keçinib.
 
Qəzada hamilə qadın Qıvraq qəsəbə sakini 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşfiq qızı və Şərur rayonu Cəlilkənd sakini 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar.
 
Qeyd edək ki, qəza zamanı ölən Emin Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.
 
İstintaq araşdırması zamanı yol qəzasının baş verməsində Yaməddin İsayev təqsirli bilinib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər