“Tapanca Yadulla babamdır, məhkəmədə bir adamı güllələyib qaçdı” - FOTO+ÖZƏL
241
09:52, Bu gün

“Tapanca Yadulla babamdır, məhkəmədə bir adamı güllələyib qaçdı” - FOTO+ÖZƏL

“Qara Volqa” filmindəki “Tapanda Yadulla” adlı obraz mənim ana babamın prototipidir. Babamın sözü qanun idi, vurub-dağıdan kişi olub. Düzdür, ailədə belə deyildi. Hər bir idarədə ondan qorxurdular. Kimsə harasa gedirdi, bilirdilər ki, gələn Yadullanın ailəsindəndir, onları növbəsiz buraxırdılar”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Riyad Sultanov deyib.
 
O daha sonra əlavə edib:
 
“Mənim nənəm gözəl qadın olub. Ona biri sataşmışdı. Yadulla babam həmin insanı orada döymüşdü. Xəsarət yetirmişdi. O vaxtı qış kinoteatrları var idi. Orada məhkəmə qurulmuşdu. Babamı məhkəməyə gətiriblər. Məhkəmənin içində və hamının gözünün qabağında babam götürüb həmin adamı güllələyib. Şahidlər deyir ki, o elə qaçıb getdi ki, sanki yerin altında bir dəlik açıldı və ora qaçdı. Neçə illər nənəmin gözü yaşlı qaldı. Sonra günlərin bir günü bizə məktub gəldi. Məktub Rusiyadan idi. Məktubda yazılmışdı ki, “narahat olma, mən sağam, salamatam”. Üstündən neçə il keçəndən sonra ölüm xəbəri gəldi”.
Hər zaman xarakterik rollar oynayan Riyad bir neçə dünya şöhrətli aktyora bənzədiyini bildirib:
 
“Ford Boyard şousunun aparıcıları-Andre Bushe, Antoni Labord (Postam və Pospartu) və "Taxt oyunları" serialının məşhur aktyoru-Peter Hayden Dinkleydcə bənzəyirəm. Hələ Postam və Pospartu ilə bir neçə il bundan əvvəl olub görüşümüz də olub. Bir dostum mənə zəng etdi ki, sənin dostların gəliblər, Bakıdadır. Mən də otelin yerini öyrəndim və ora yollandım. Gördüm ki, bir çox tanınmış sənətçilər və adi insanlar da onları gözləyir. İndi bilmirəm necəsə olub hamı məni gördü. Camaat hamısı çıxışa tərəf, mənim üstümə gəldi. Müğənni Xəyyam Nisanov onlara dedi ki, “ay camaat dayanın, bu bizim Riyaddır (gülür)”. Birtəhər yol tapıb onlarla görüşdüm. Pospartu Postama deyirdi ki, “bax gör bu sənə necə oxşayır?” Məni öpüb, bağrına basdılar”, - deyə aktyor bildirib.
Link kopyalandı!
Son xəbərlər