2632
07 Dec 2025 | 20:54

"Çernobıl AES-in yeni sarkofaqı əsas təhlükəsizlik funksiyalarını itirib" - MAQATE

"Stansiyaya pilotuz hücum və bərpa planlarının detalları..."

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıl Atom Elektrik Stansiyasındakı (ÇAES) yeni sarkofaqın əsas təhlükəsizlik funksiyalarını itirdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Yeni sarcofaqın zədələnməsi və təhlükəsizliyin qiymətləndirməsi

Agentliyin məlumatına görə, bu, 14 fevral 2025-ci il tarixində baş verən pilotsuz uçuş aparatının hücumu nəticəsində olub. Sarjofaqın üzərində məhdud təmir işləri aparılsa da, uzunmüddətli bərpa yalnız Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başa çatdıqdan sonra planlaşdırılır.

MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, aparılmış geniş təhlükəsizlik qiymətləndirməsi göstərib ki, sarkofaqın əsas funksiyaları, o cümlədən radioaktiv maddələri saxlama qabiliyyəti itib. Lakin eyni zamanda, daşıyıcı konstruksiyalar və monitorinq sistemləri ciddi zədələnməyib. Agentliyin tövsiyəsinə əsasən, tam bərpa işlərinə nəmliyə nəzarət, korroziya monitorinqi və avtomatlaşdırılmış monitorinq sistemlərinin modernləşdirilməsi daxil olacaq.

Pilotsuz hücum və zərərin miqyası

14 fevral 2025-ci il gecəsi Yeni Təhlükəsiz Sarkofaqa partlayıcı ilə təchiz olunmuş dronla hücum edilib. MAQATE-nin əməkdaşlarının məlumatına görə, saat 01:50 radələrində sarkofaq ərazisində partlayışlar eşidilib, ardınca yanğın başlayıb. Yanğın söndürülüb və radioaktiv fon normal səviyyədə qalıb. Ukrayna tərəfi hadisəyə görə Rusiyanı günahlandırsa da, Moskva ittihamları rədd edib.

Hücum günü Münhen Təhlükəsizlik Konfransı başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, hücum sarkofaqın tavanına ciddi zərər vurub, lakin radioloji təhlükə artmayıb. Ukrayna tərəfi ABŞ-a əlavə məlumat ötürməyi planlaşdırıb. Rusiya rəsmiləri isə hadisəni planlaşdırılmış təxribat adlandırıb və ittihamları rədd edib.

Bərpa və gələcək planlar

Sarkofaqın tam bərpası uzunmüddətli nüvə təhlükəsizliyini təmin etmək üçün zəruridir. MAQATE tərəfindən aparılacaq bərpa işləri həm konstruksiyanın möhkəmliyini, həm də radioaktiv maddələrin sızmasının qarşısını almağa yönələcək. Hazırda sarkofaq üçün istifadə olunan materiallar və avadanlıqların dəyəri 21 milyon avronu ötüb. Müvəqqəti bərpa işləri 2026-cı ildə aparılacaq, tam bərpa isə hərbi əməliyyatlar bitdikdən sonra həyata keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər