Bürclər üçün vacib xəbərdarlıq: 3 gün vaxtınız var
1364
07 Dec 2025 | 18:55

Bürclər üçün vacib xəbərdarlıq: 3 gün vaxtınız var

Astroloqların məlumatına görə, yaxın günlərdə Merkuri ilə Yupiter arasında nadir astroloji üçbucaq (trigon) formalaşacaq. Üç gün davam edəcək bu enerji xüsusilə ünsiyyət, qərarvermə və genişlənmə sahələrinə təsir göstərəcək.

Moderator.az "Yeni Sabah"a istinadla xəbər verir ki, Merkuri informasiyanı, Yupiter isə inkişaf və uğur potensialını simvolizə etdiyindən, bu dövr bir çox bürc üçün imkanların açıldığı mərhələ kimi qiymətləndirilir.

Bürclərə gözlənilən təsirlər:

Qoç – Yeni ideyalar üçün məhsuldar zaman. Qarşıdan gələn üç gün karyera planlamasında irəliləyiş mümkündür.

Buğa – Maliyyə məsələlərində aydınlaşma və faydalı təkliflər ehtimalı artır. Sakit və düşünülmüş addımlar önəmli olacaq.

Əkizlər – Bürcün idarəçisi Merkuri aktivləşdiyindən, sosial əlaqələr güclənir. Vacib görüşlər üçün uyğun vaxtdır.

Xərçəng – Günlük rutin və iş sahəsində rahatlıq yaranır. Uzun müddətdir gecikən məsələlər sürətlənə bilər.

Şir – Yaradıcılıq, təhsil və şəxsi layihələrdə irəliləyiş gözlənilir. Uğurlu tanışlıqlar mümkündür.

Qız – Ev və ailə mövzularında müsbət dinamika yaranır. Planlaşdırma daha asan alınacaq.

Tərəzi – Ünsiyyət güclənir. Müqavilələr, yazışmalar və işgüzar danışıqlar üçün uğurlu gündür.

Əqrəb – Maddi məsələlərdə inkişaf və yeni gəlir mənbələri ilə bağlı xəbərlər ala bilərsiniz.

Oxatan – Yupiterin təsiri gücləndiyindən, şəxsi təşəbbüsləriniz dəstəklənəcək. Yeni başlanğıclar üçün uyğun vaxtdır.

Oğlaq – Daxili rahatlıq artır. Keçmişdə qalmış məsələlərin çözülməsi asanlaşa bilər.

Dolça – Sosial çevrə genişlənir. Əməkdaşlıq və komanda işləri daha səmərəli olacaq.

Balıqlar – Peşə və karyera sahəsində uğurlu açılımlar gözlənilir. Fikirləriniz diqqət çəkə bilər.

Link kopyalandı!
Son xəbərlər