Emin Əmrullayev Gürcüstanın aparıcı ali təhsil müəssisələrinə səfər etdi - FOTO
446
10:44, Bu gün

Emin Əmrullayev Gürcüstanın aparıcı ali təhsil müəssisələrinə səfər etdi - FOTO

Dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib.
 
Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, səfər çərçivəsində elm və təhsil naziri sözügedən universitetlərin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, eyni zamanda ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
 
Bundan başqa, həmin gün elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Mariam Laşxi ilə görüşüb.
 
Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində, xüsusilə ümumi və ali təhsil pillələri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Link kopyalandı!
Son xəbərlər