Bizi sosial şəbəkələrdən izləyin:
“Nənə olmaq çox gözəl bir hissdir. Çox sevinirəm. Allahıma şükürlər edirəm ki, mənə yubileyim ərəfəsində nəvə sevincini dadmağı nəsib etdi. Dekabrın 21-də doğum günümdür. Allah mənə ən böyük hədiyyəni göndərdi. Bəzən ürəyindən gələn elə sözlər olur ki, onu dilə gətirib, cümlə şəklində ifadə edə bilmirsən. Hazırda o haldayam”.
Bunu Moderator.az-a açıqlamasında ilk dəfə nənə olan xalq artisti Simarə İmanova deyib.
O daha sonra əlavə edib:
“Nəvəmə Hüseynəli adını vermişik. Bir xalq artisti kimi hər zaman tanınmışam. Gələcəkdə özümə Hüseynəlinin nənəsi kimi tanınmağı arzu edirəm. İnanıram ki, Hüseynəli yaxşı bir nəvə olacaq və mən onunla hər zaman fəxr edəcəm. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Arzusunda olanlara Allah nəsib etsin”, - deyə sənətkar bildirib.
Qeyd edək ki, xalq artisti oğlu Məhəmmədi evləndikdən az bir müddət sonra hərbi xidmətə yola salmışdı.