Elçin Əmirbəyov Cenevrədə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb - FOTO
234
15:48, Bu gün

Elçin Əmirbəyov Cenevrədə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb - FOTO

Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin (GCSP) Vasitəçilik və Sülhə Dəstək Qrupunun direktoru Pol Dziatkoviç ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, görüş zamanı mərkəzin regionda postmünaqişə-sülh quruculuğu fəaliyyətinə verə biləcək dəstək mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.
 
Söhbət əsnasında son iki ildə mərkəzin dəstəyi ilə Azərbaycan və Ermənistan beyin mərkəzləri və vətəndaş cəmiyyəti nümayandələrinin iştirakı ilə aparılan humanitar dialoq yüksək qiymətləndirilib.
 
Həmçinin Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin birgə tədbirlərdə iştirakı və qarşılıqlı səfərləri, iqtisadi ekspertlərin birgə hazırladığı sülhün iqtisadi üstünlüklərinə dair hesabatlar Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanmasında əhəmiyyəti və bu fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
 
Səfər çərçivəsində Elçin Əmirbəyov, həmçinin Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Bölməsində akreditə olunmuş jurnalistlər üçün mətbuat brifinqi keçirib.
 
Brifinq zamanı Prezidentin nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesinin indiki durumu və perspektivləri, regionda sülhün və inkişafının möhkəmləndirilməsi istiqamətində Azərbayacan tərəfindən atılan addımlar, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndiriləmisən yönələn dialoq, Azərbaycanın üzləşdiyi mina problemi və işğal zamanı dağıdılmış mədəni irsimiz, Orta Dəhlizinin genişləndirilməsi üçün Cənubi Qafqazda nəqliyyat bağlantılarının açılmasının əhəmiyyəti kimi məsələlərə dair jurnalistlərinin çoxsaylı suallarını cavablandırıb.
Link kopyalandı!
Son xəbərlər