Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Moderator.az-a bildirilib ki, ağac ərazidən götürülüb.
***
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində böyük ağac aşıb.
Mpderator.az-ın Manset.az-a istinadla məlumatına görə, güclü yağışlar nəticəsində ağacın kök hissəsi boşalıb və bu səbəbdən ağac aşıb. Akademiyanın həyətinə giriş bağlanıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibəyli akademiyaya gəlsə də, içəri daxil ola bilməyib və alternativ girişə yönləndirilib.
Hazırda ağacın doğranması və ərazinin təmizlənməsi işləri aparılır.