Eldar Mansurovun oğluna yüksək vəzifə verildi - FOTO
206
11:30, Bu gün

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi - FOTO

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
 
Moderator.az  “Report”a istinadən xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov təyin olunub.
 
 
O, 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri, 2015-ci ildə isə Böyük Britaniyanın Uorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb.
 
2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Uorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.
 
Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.
 
2012-ci ildə “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
 
2017-ci ildən “Azərpoçt” MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən sonuncu təyinatadək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.
 
Qeyd edək ki, Ü.Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.
 
 
Link kopyalandı!
Son xəbərlər