Şəmkirdə qəzada xəsarət alanların son durumu açıqlandı - YENİLƏNİB
813
10:20, Bu gün

Şəmkirdə qəzada xəsarət alanların son durumu açıqlandı - YENİLƏNİB

Şəmkir rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında xəsarət alan yaralıların son vəziyyəti açıqlanıb.
 
Moderator.az xəbər verir ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Teymur Hüseyinli bildirib ki, yaralılardan iki nəfərin vəziyyəti ağırdır.
 
"Xəstəxanamıza 12 nəfər gətirilib. Bunlardan 10-nun vəziyyəti orta-ağır, iki nəfərin durumu isə ağırdır. Yaralılardan bir nəfər reanimasiya şöbəsinə yerləşdirilib, digərləri palatalardadır" 
 
Məlumat üçün bildirək ki, hadisə zamanı xəsarət alan şəxslər Yevlax rayon sakinləridir. Qəza Şəmkirin  Kür-Narınqala avtomobil yolunda qeydə alınıb."Mercedes" markalı mikroavtobusun aşması nəticəsində qeydə alınıb. Qəzanın baş verdiyi ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüaftlarına aparan avtomobil yoludur.  Həmin şəxslərdə təsərrüfatda işləmək üçün gedirmiş.
 
 Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Faktla bağlı araşdırma davam etdirilir.
 
10:01
 
Bu gün səhər saat 07:35-də Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
Bu barədə Moderator.az-a TƏBİB-dən bildirilib.
 
Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
 
Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.
 
Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
 
09:36
 
Yevlax rayonundan Şəmkirə fəhlələri aparan və Keçili kəndi ərazisində su kanalına aşan mikroavtobusda 12 nəfər xəsarət alıb.
 
Moderator.az həmin şəxslərin adlarını təqdim edir:
 
Musayeva Aygün Rövşən qızı (1984)
 
Hüseynova Aygül Həsən qızı (1958)
 
Hüseynova Laləzar Göygöz qızı (1965)
 
Məmmədova Afət Eyyub qızı (1962)
 
Məmmədova Natella Müzəffər qızı (1966)
 
Cəfərova Məlahət Cəfər qızı (1965)
 
Səlimov Elman Rasim oğlu (1994)
 
Musayeva Nuriyyə Köçəri qızı (1986)
 
Musayeva Bəsti Köçəri qızı (1956)
 
Əhmədova Gülnar Ramiz qızı (1987)
 
Babayeva Mahirə Bayram qızı (1970).
 
Bundan başqa, Samirə adlı qadının da xəsarət aldığı bildirilir.
 
Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Avtomobildə olan şəxslərin hamısı Yevlax rayonunun müxtəlif kənd sakinləridir.
 
Məlumat üçün bildirək ki, "Mercedes" markalı mikroavtobusun qəzaya uğraması hadisəsi Kür-Narınqala avtomobil yolunda qeydə alınıb.
 
Sözügedən ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüatlarına aparan avtomobil yoludur.
 
İlkin ehtimala görə, hadisə sürücünün dönmə əməliyyatı yerinə yetirdiyi vaxt baş verib.
 
08:45
 
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
 
Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunublər, faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər