IDEA Xaçmaz və Şabranda növbəti ağacəkmə aksiyaları təşkil edib - FOTOLAR
125
13:36, Bu gün

IDEA Xaçmaz və Şabranda növbəti ağacəkmə aksiyaları təşkil edib - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Marafon" kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiyalar Xaçmaz və Şabran rayonlarında təşkil edilib.
 
Moderator.az xəbər verir ki, IDEA könüllülərinin iştirakı ilə Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində 1500-dən çox Eldar şamı, palıd və iydə ağacları əkilib. Həmçinin Şabran rayonunun Çayqaraqaşlı kəndində keçirilən aksiya zamanı 700-dən çox Eldar şamı, tuya və sərv ağacları əkilib.
 
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl Marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
 
"Yaşıl Marafon" çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər