Bakıda qəza sıxlığa səbəb oldu - FOTO
1952
03 Dec 2025 | 10:15

Bakıda qəza sıxlığa səbəb oldu - FOTO

Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda avtomobil qəzası olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
 
Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbindən "Lökbatan dairəsi" istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
 
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Link kopyalandı!
Son xəbərlər