Bizi sosial şəbəkələrdən izləyin:
Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən şəxs saxlanılıb.
Moderator.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıb.
Aparılan araşdırmalarla İ. Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora “işə düzəltmə” vədi verərək ümumilikdə 29 min manat pul vəsaitini ələ keçirdiyi, lakin vədlərinə əməl etmədiyi və əldə etdiyi vəsaiti mənimsədiyi müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İ. Əliyevin analoji əməllərindən zərər çəkmiş başqa şəxslərin, bu barədə polisə məlumat verməsi xahiş olunur.